Maliyyə menecmenti üzrə Bizdən Biri Təcrübə Proqramı | Təhsil Elanları
Maliyyə menecmenti üzrə Bizdən Biri Təcrübə Proqramı
Bölmə:Elanlar 287 dəfə oxunub
22.03.2021

Ümumi məlumat

Kapital Bank namizədləri Maliyyə menecmenti departamenti Bizdən Biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması;
  • Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması;
  • Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi;
  • Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;

Tələblər

  • Ali təhsil ( İqtisadiyyat,maliyyə,uçot və audit yönümlü ixtisaslar üzrə);
  • Microsoft office proqramları üzrə biliklər (Excel bilikləri);
  • SQL bilkləri;
  • Dəqiq və məsuliyətli olmaq, detallara fikir vermək qabiliyyəti;
  • Analititik düşünmə qabiliyyəti;

Müraciət linki : https://bit.ly/3cU4jIK