“Mühasibat uçotu və 1C” üzrə təlimlərə müraciətlər qəbul olunur | Təhsil Elanları
“Mühasibat uçotu və 1C” üzrə təlimlərə müraciətlər qəbul olunur
Bölmə:Təlimlər / Trainings 960 dəfə oxunub
20.03.2021

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Mühasibat uçotu və 1C” üzrə təlimlərə müraciətlər qəbul olunur. İştirakçılar təlim müddətində mühasibat uçotunun əsasları, müxabirləşmə, ilkin mühasibat sənədləri, əsas maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotu prosesinin 1C proqram təminatında əks etdirilməsi üzrə bilik və bacarıqlara sahib ola biləcəklər.
Müraciətlər Azərbaycanın bütün şəhər və regionlarından qəbul olunur. Təlimlər onlayn formatda keçiriləcək. Seçim zamanı regionlardan olan şəxslərə üstünlük veriləcək.
İştirak üçün əsas meyarlar:
‘’Windows’’ əməliyyat sistemində işləmək bacarıqları;
 Maliyyə, mühasibatlıq, audit, vergi uçotu və ya iqtisadiyyatın digər sahələri üzrə ən azı peşə təhsili və ondan yuxarı təhsil pilləsi.
Təlim müddəti: 50 saat (3 ay)
Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.
Müraciətləri 28 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: