“Sistem inzibatçısı” üzrə təlimlərə müraciətlər qəbul olunur | Təhsil Elanları
“Sistem inzibatçısı” üzrə təlimlərə müraciətlər qəbul olunur
Bölmə:Təlimlər / Trainings 530 dəfə oxunub
20.03.2021

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Sistem inzibatçısı” üzrə təlimlərə müraciətlər qəbul olunur. Təlimə seçilmiş iştirakçılar ‘’Windows" platformalı serverlərin əməliyyat sistemlərinin qurulması və xidmətlərinin idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsi, təyin olunmuş serverlərin profillənməsi və monitorinqi, mərkəzi idarəetmə sisteminin, qrup strategiyasının qurulması, nasazlıqların aşkarlanması və aradan qaldırılması haqqında öyrənəcək və bu nəzəri bilikləri tapşırıqlara tətbiq edəcəklər.
Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində keçiriləcək.
İştirak üçün əsas meyarlar:
- Bakı şəhərində yaşayan gənclər;
- Başlanğıc səviyyədə ingilis dili;
- İnformasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsi üstünlükdür.
Təlim müddəti: 60 saat (2 ay)
Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.
Müraciətləri 30 mart, 2021-ci il tarixinədək aşağıdakı keçiddən göndərə bilərsiniz: