Könüllü təcrübə proqramı (Sənədlərlə iş – İnsan Resursları) | Təhsil Elanları
Könüllü təcrübə proqramı (Sənədlərlə iş – İnsan Resursları)
Bölmə:Elanlar 375 dəfə oxunub
18.03.2021

Abşeron Logistika Mərkəzi araşdrma aparmağı sevən, özünəgüvənən, sənədlərlə işləmək bacarığı olan, yerli yükdaşıma əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün 3 aylıq KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI (Sənədlərlə iş – İnsan Resursları) elan edir.
Bu proqramda iştirak etməklə, Siz İnsan resursları, sənəd dövriyyəsi, arxivləşdirmə sahəsində yeni bilik və bacarıqlara yiyələnəcəklər.
 
Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Sənəd dövriyyəsi, İnsan resursları üzrə məlumat bazası ilə işləmək imkanları;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
 
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis dili və Rus dili arzuolunandır;
• MS Offise proqramlarında (Word, Excel) yüksək səviyyədə iş bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
• Məntiqi təfəkkür və təhlil bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
 
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Məlumat bazası ilə işləmək;
• Arxivləşdirmə prosesində iştirak;
• Sənəd dövriyyəsi sahəsində işləmək;
• Testləşdirmənin təşkilində iştirak;
• Namizədlərlə əlaqələrin qurulması;
• Namizədlərlə müsahiblərdə iştirak;
• Sənəd tərtibatının təmini;
• Təlim modullarının hazırlanmasında və təlimlərin təşkilində iştirak;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
 
Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 25 mart 2021-ci il tarixinədək cv@absheronport.az ünvanına, mövzu hissəsində “Könüllü təcrübə proqramı” (sənədlərlə iş) yazmaqla göndərməyiniz xahiş olunur.