PAŞA Sığorta “Satış Sənəti” təcrübə proqramına start verir | Təhsil Elanları
PAŞA Sığorta “Satış Sənəti” təcrübə proqramına start verir
Bölmə:Elanlar 415 dəfə oxunub
11.03.2021

Siz də uğurlu karyera qurmaq, peşəkar iş mühitində çalışmaq və sığorta satışı sahəsində real təcrübə qazanmaq istəyirsinizsə, “Satış Sənəti” proqramı sizin üçün ən doğru seçimdir.
 
Hansı namizədlərə üstünlük verilir?
 
Tam günlük təcrübə proqramı olduğu üçün yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər
 
Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər
Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər
 
Son müraciət tarixi: 05 Aprel 2021
Siz də PAŞA Sığorta ailəsinə qoşulmaq istəyirsinizsə CV-nizi məktubun mövzu hissəsində “Satış Sənəti təcrübə proqramı” qeyd etməklə “internship@pasha-insurance.az” ünvanına göndərə bilərsiniz.