“Şəbəkə inzibatçısı” təlimlərinə müraciətlər qəbul olunur | Təhsil Elanları
“Şəbəkə inzibatçısı” təlimlərinə müraciətlər qəbul olunur
Bölmə:Təlimlər / Trainings 473 dəfə oxunub
09.03.2021

Peşə Təhsili üzrə Dövlət Agentliyi silsilə təlimlərini davam etdirir. Növbəti “Şəbəkə inzibatçısı” təlimlərinə müraciətlər qəbul olunur. “Şəbəkə inzibatçısı” təlimlərinə seçilmiş iştirakçılar şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, İP rutinq və lan sviçinq texnologiyası haqqında öyrənəcək və təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

İştirak üçün əsas meyarlar:

Başlanğıc səviyyə ingilis dili bilikləri;

Kompüterdə işləmək bacarığı;

Windows Əməliyyat sistemlərinin quraşdırılma və sazlanmasını bilmək.

Təlim müddəti: 60 saat (2 ay)

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Seçilmiş namizədlər təlim haqqından azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim ediləcəkdir.

Müraciətləri 12 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://cutt.ly/RlBZm8b