“HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul olunur | Təhsil Elanları
“HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul olunur
Bölmə:Təlimlər / Trainings 467 dəfə oxunub
09.03.2021

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkil etdiyi “HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul olunur. Təlim iştirakçıları veb səhifələrin dizayn maketlərindən HTML səhifələrin hazırlanmasının əsas prinsiplərinə yiyələnəcəklər. Qeyd edək ki, veb-dizayner, veb səhifələrin yaradılması və idarə edilməsi üzrə mütəxəssis və veb-proqramçı kimi bütün ixtisasların təməlində HTML və CSS durur. Təlim bu sahəni sıfırdan öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Təlim üçün əsas meyarlar:

- Minimum tam orta təhsil;

- Riyazi hesablama bacarıqları, məntiqi və analitik düşünmə qabliyyəti.

 Təlim müddəti: 216 saat (2 ay)

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində keçiriləcək.

İlkin mərhələdə seçilmiş namizədlər növbəti seçim mərhələsinə keçid üçün dəvət alacaqlar. Son olaraq seçilmiş namizədlərə kursda iştirakı üçün tam təqaüd veriləcəkdir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim ediləcəkdir.

Müraciətləri 12 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://cutt.ly/IlTuhHe