“Gənc maliyyəçi” təliminə müraciətlər qəbul olunur | Təhsil Elanları
“Gənc maliyyəçi” təliminə müraciətlər qəbul olunur
Bölmə:Təlimlər / Trainings 678 dəfə oxunub
09.03.2021

Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində “Gənc maliyyəçi” təliminə müraciətlər qəbul olunur. Seçim mərhələsindən uğurlu keçən iştirakçılar təlim müddətində (52 saat - 3 ay ərzində) iş mühitində ən çox istifadə olunan Excel proqramında formulaların izahı və tətbiqi, mühasibatlıq, maliyyə hesabatları, vergi anlayışları və tətbiqi kimi istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.

Seçim meyarları:

Hal-hazırda Bakı və Gəncə şəhərində yaşayan, iş həyatına yeni başlayan və ya qatılmağı planlaşdıran 21-30 yaşarası gənclər;

İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznes və vergi sahəsində ali təhsil və ya qeyd olunan sahələr üzrə iş təcrübəsi.

Bakı şəhərindən seçiləcək namizədlər üçün təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Gəncə şəhərindən seçiləcək namizədlər üçün isə onlayn formatda və ümumilikdə iki dəfə olmaqla Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcəkdir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcəkdir.

 Müraciətləri 10 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: https://cutt.ly/5lbgiFM

Əlavə sualınız yarandığı təqdirdə telim@vet.edu.az ünvanına müraciət mümkündür.