İnnovasiyalar Agentliyində təcrübə proqramı var | Təhsil Elanları
İnnovasiyalar Agentliyində təcrübə proqramı var
Bölmə:Elanlar 471 dəfə oxunub
06.03.2021

İnnovasiyalar Agentliyi aşağıdakı ixtisaslar üzrə təhsil alan və ya məzun olan tələbə və məzunlar üçün təcrübə və iş imkanları təklif edir:
 
  • Proqram təminatı mühəndisliyi;
  • Biznesin inkişafı;
  • Layihələrin idarə edilməsi;
  • Sosial media və PR;
  • Marketinq və satış;
  • Biznesin idarə olunması.
Təcrübə proqramına daxildir:
3 aylıq ödənişsiz təcrübə;
Təcrübənin yekunlarına əsasən hər sahə üzrə ən yüksək bal toplamış təcrübəçi 0.5 ştat vahidi ilə işə qəbul, təhsilini bitirdikdən sonra isə tam ştat işə qəbul.
 
Namizədlər üçün ilkin tələblər:
Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2021-ci ildə yuxarıda qeyd olunan sahələrə uyğun ixtisaslar üzrə bitirəcək tələbələr;
“Upper-İntermediate” ingilis dili səviyyəsi.
 
Əlaqə: Maraqlanan şəxslərdən CV-lərini 10.03.2021-ci il tarixədək hr@iaa.gov.az e-mail ünvanına mövzu xanasına “Internship-Innovation Agency” və iddia etdiyi vəzifəni yazaraq göndərmələri xahiş olunur.