Maliyyə biznes qrupu daxilində ödənişli təcrübə proqramı | Təhsil Elanları
Maliyyə biznes qrupu daxilində ödənişli təcrübə proqramı
Bölmə:Elanlar 270 dəfə oxunub
14.02.2021

Maliyyə biznes qrupu daxilində ödənişli təcrübə proqramı
PASHA Holding


Təcrübə proqramının üstünlükləri:
• Biznes Qrupu daxilində 6 ay müddətində ödənişli təcrübə;
• Seçilən namizədlərin Biznes Qrupu daxilində bir neçə istiqamət üzrə yerdəyişməsi planlaşdırılır;
• Bütün seçilən namizədlərin Alteryx proqramında geniş təlim keçməsi nəzərdə tutulur;
• Bütün seçilən namizədlər layihələrin idarəedilməsi, analitik iş və əlaqələrin idarəedilməsi kimi müxtəlif sahələr üzrə təcrübə əldə edəcəklər;
 
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
• Təcrübə proqramı universitetləri son 3 ildə bitirən hər kəs üçün açıqdır;
• Namizədin yüksək səviyyəli universitet təcrübəsi və qiymətləri olmalıdır;
• İngilis dilinin mükəmməl biliyi. Rus dili üstünlükdür;
• Yaxşı ünsiyyət qurma bacarıqları və müsbət münasibət;
• Excel və Power Point proqramlarının biliyi üstünlükdür;
 
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV internship@pasha-holding.az ünvanına göndərilməlidir;
• CV ile birgə 300 sözdən çox olmamaq şərti ilə motivasiya məktubu;
• Mövzu sətrində “Biznes Qrupu daxilində təcrübəçi” qeyd olunmalıdır;
• CV-lər 28 fevral 2021-ci il tarixinə qədər göndərilməlidir.
 
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.