İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir | Təhsil Elanları
İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir
Bölmə:Elanlar 273 dəfə oxunub
15.09.2020

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilir.

Sənəd qəbulu üzrə son müraciət tarixi 20 sentyabr 2020-ci ildir.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.