“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” I və IV qrup üzrə | Təhsil Elanları
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” I və IV qrup üzrə
Bölmə:Tələbə qəbulu 195 dəfə oxunub
11.09.2020

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etmişdir.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunmuşdur.

Kitabçanı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;(12 sentyabrdan etibarən)

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. (14 sentyabrdan etibarən)