Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə! | Təhsil Elanları
Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 198 dəfə oxunub
11.09.2020

Həftə içi günlərində abituriyentlərə Akademiyada tədris olunan ixtisaslarla bağlı məsləhət xarakterli məlumatlar verilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ixtisas seçimi zamanı abituriyentlərə kömək etmək məqsədilə məsləhət verilməsi təşkil edilir. Akademiyada yalnız 5-ci ixtisas qrupuna aid "Bədən tərbiyəsi və idman" istiqaməti üzrə ödənişsiz məsləhətlər verilir.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 1-5-ci günləri, saat 10-dan 17-dək Akademiyaya müraciət edə bilərlər.

Xatırladaq ki, Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən abituriyentlər nəticələri elan olunduqdan sonra qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayış təqdim etməlidirlər. Əks halda onlar qəbul olunanların siyahısından çıxarılacaqlar.