Virtual Məktəbdə STEM təlimləri davam edir | Təhsil Elanları
Virtual Məktəbdə STEM təlimləri davam edir
Bölmə:Təlimlər / Trainings 520 dəfə oxunub
26.08.2020

Hörmətli müəllimlər!
Virtual Məktəbdə STEM təlimləri davam edir.
27 avqust tarixində saat 16:00-da “Microsoft Hacking STEM dərsləri” mövzusunda təlim keçiriləcək. Təlim zamanı təlimçi-müəllimlər tərəfindən real həyat problemlərinin həllinə yönəlmiş “Alternativ enerji mənbəyi - limon batareyası” və “Fənər” dərsləri nümayiş olunacaq, müxtəlif materiallardan onların hazırlanması qaydası canlı olaraq izah olunacaq, eyni zamanda bu dərslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn hansı real həyat problemləri həll etməsi və şagirdlərdə hansı bacarıqları formalaşdırılması məsələsi müzakirə olunacaq.
Canlı görüşdə iştirak etmək istəyənlər aşağıdakı keçiddən istifadə edə bilərlər:
https://bit.ly/2EfjkHK