Koreya Respublikası və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı üzrə tələbə qəbulu | Təhsil Elanları
Koreya Respublikası və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı üzrə tələbə qəbulu
Bölmə:Elanlar 274 dəfə oxunub
25.08.2020

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə qəbula start verilir.

Qəbul 4 ixtisas üzrə həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək. 

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 2 sentyabr 2020-ci il tarixinədək müraciət etməlidirlər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.