Para BOKT təcrübə proqramı elan edir | Təhsil Elanları
Para BOKT təcrübə proqramı elan edir
Bölmə:Elanlar 204 dəfə oxunub
24.08.2020

Para BOKT hazır və təcrübəli kadrlara üstünlük verdiyi kimi, təcrübəsi olmayan gəncləri də düşünür və onlar üçün daima əlverişli şərait yaradır. Biz, iş stajı olmayan, lakin ali təhsil ocaqlarını yeni bitirmiş və ya qiyabi təhsil alan gəncləri müvafiq təcrübə proqramına cəlb edirik. Təcrübəçilər təşkilatımızda korporativ mühitə düşərək işgüzar həyatla tanış olur, onlar yeni biliklər, bacarıqlar və təcrübə əldə edirlər.

Təcrübə proqramını uğurla başa vuranlar isə təşkilatımızda işlə təmin olunurlar.

Cəmiyyətimizin gələcəyi olan gəncləri Para BOKT-da karyera imkanlarından faydalanmağa və Para BOKT ailəmizin bir üzvü olmağa dəvət edirik.

Maraqlanan şəxslər təcrübə proqramı başlığı ilə vakansiya@parabokt.az ünvanına CV ilə müraciət edə bilərlər.