Qəbul imtahanlarının yeni qrafiki elan edildi | Təhsil Elanları
Qəbul imtahanlarının yeni qrafiki elan edildi
Bölmə:Tələbə qəbulu 249 dəfə oxunub
15.08.2020

20-21 avqust 2020-ci il tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;

• II, III və V ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

Qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə ( http://dim.gov.az/…/101/101c5a80216f0404aa80146f2884dc8c.pdf ) tanış ola bilərsiniz.

I və IV ixtisas qrupu üzrə imtahan verənlərin buraxılış vərəqələri artıq saytımıza ( https://eservices.dim.gov.az/brxvbak/?frm=egov ) yerləşdirilib. Digər imtahanlar üçün buraxılış vərəqələri yaxın vaxtlarda yerləşdiriləcək.