“Star Mining” MMC şirkəti İstehsalat üzrə təcrübə programını elan edir | Təhsil Elanları
“Star Mining” MMC şirkəti İstehsalat üzrə təcrübə programını elan edir
Bölmə:Elanlar 298 dəfə oxunub
10.08.2020

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət sahəsində çalışan “Star Mining” MMC şirkəti İstehsalat üzrə təcrübə programını elan edir. Peşəkar karyera qurmaq istəyən, analitik düşüncəyə malik olan şəxslər gündəlik işlərin öyrənilməsi məqsədi ilə təcrübə programlarına qoşula bilərlər.

Təcrübə programı ödənişlidir. (maaş alacaqsınız)

İstehsalat üzrə təcrübəçi

“Geodeziya”
“Mühəndisi geologiya”
“Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı”
“Neft-qaz-mədən geologiyası”
“Quyuların geofiziki tədqiqi”
“Mədən geofizikası”

ixtisaslaşmaları üzrə məzun olan, bu sahədə biliklərini təcrübədə tədbiq etmək arzusunda olan, analitik düşüncəyə malik olan məzunlar üçün təcrübə programı elan edilir.

İstehsalat sahəsi Daşkəsən şəhərində yerləşir.

Gündəlik yemək və yaşayış sahəsi şirkət tərəfindən təmin edilir.

Tələblərə uyğun namizədlər CV formanı mövzu yerində “İstehsalat üzrə təcrübəçi” qeyd edərək hr@starmining.az email ünvanına göndərə bilərlər.