Azərbaycan Beynəlxalq Bankı yeni məzunlar və tələbə-magistrlər üçün Təcrübə Proqramı elan edir! | Təhsil Elanları
Azərbaycan Beynəlxalq Bankı yeni məzunlar və tələbə-magistrlər üçün Təcrübə Proqramı elan edir!
Bölmə:Elanlar 681 dəfə oxunub
09.08.2020

Azərbaycan Beynəlxalq Bankı yeni məzunlar və tələbə-magistrlər üçün Təcrübə Proqramı elan edir!
Dəyərli gənclər, əgər karyeranızın uğurlu başlanğıcı üçün:
- 4 aylıq təcrübə müddətində real iş mühiti ilə tanış olmaq,
- Bank sahəsində peşəkarların rəhbərliyi altında praktik biliklərə yiyələnmək,
- Bankın təşkil etdiyi təlimlərdə iştirak fürsəti qazanmaq,
- Təcrübə proqramının sonunda işlə təmin olunmaq imkanı əldə etmək istəyirsinizsə, bu proqram əla bir fürsətdir!

Təcrübə proqramının iştirakçıları müəyyən edilmiş aylıq ödənişlə təmin olunacaqlar.
ABB Təcrübə Proqramı - Bilikləri bacarıqlara çevirmək vaxtıdır! 
https://bit.ly/3gwbpUr