Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb | Təhsil Elanları
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
Bölmə:Xaricdə Təhsil 265 dəfə oxunub
04.08.2020

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.