Tam praktiki " Əmək Məcəlləsi" Təlim proqramına qeydiyyat start verildi ! | Təhsil Elanları
Tam praktiki " Əmək Məcəlləsi" Təlim proqramına qeydiyyat start verildi !
Bölmə:Kurslar 698 dəfə oxunub
02.08.2020

Tam praktiki " Əmək Məcəlləsi" Təlim proqramına qeydiyyat start verildi !

Əmək Məcəlləsi kursunu bitirməklə siz Azərbaycan Respublikasının Əmək qanunvericiliyi sistemini, o cümlədən əmək məsələləri ilə əlaqədar müvafiq qanunları və normativ hüquqi aktları mənimsəyəcəksiniz. Bununla yanaşı, insan resursları və Əmək Məcəlləsinin sıx nəzəri əlaqələri, habelə təcrübədə tətbiqi qaydalarını öyrənəcəksiniz. Bütün bu bilgilər sizin insan resursları sahəsində bir mütəxəssis olaraq daha peşəkar formada inkişafınıza öz təsirini göstərəcəkdir.

Təlimlər Azərbaycan dilində olacaq.
8 Professional Dərs, 16 Saatlıq Möhtəşəm Təlim Programı
Təlim Proqramı sırf şirkətlərə lazım olan qanunların tətbiqi öyrənilməsi üçün hazırlanıb.

"Əmək Məcəlləsi" Təlim proqramına daxildir:

Modul1 - Əmək müqaviləsinin bağlanması əsasları və qaydası:

Əmək müqaviləsinin məzmunu;
Əmək müqaviləsinin forması;
Əmək müqaviləsinin müddəti;
Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin əlavə edilməsi;
Müddətli əmək müqaviləsi bağlanan hallar;
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər;
Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi;
Müsabiqə yolu ilə vəzifələrin tutulması;
Sınaq müddəti;
Sınaq müddəti müəyyən edilməyən hallar;
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi;
Əmək şəraitinin şərtləri;
Əvəzçilik;
Başqa işə keçirtmək;
Başqa işə müvəqqəti keçmə ( razılıq olmadan);
Başqa işçinin əmək funksiyasının icrası;
İşçinin işdən kənar edilməsi;
Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi;

Modul 2 - Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları:

Əmək müqaviləsində xitamın əsasları;
Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi;
İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi;
Əmək müqaviləsinin kobud şəkildə pozulması;
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası;
Tərəflərin iradəsindən asılı olmayan hallar;
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları


Təlimin sonunda Seritifikat mərasimi keçiriləcək sertifikatlar iştirakçılara təqdim olunacaq.

Hər şey daxil “Əmək Məcəlləsi” təlim proqramının ödənişi sadəcə 90 Azn təşkil edir. Ödənişlər təlim gününə qədər hissə-hissə tamamlaya bilərsiniz. Yerinizi rezerv etmək üçün 30 Azn ilkin ödəniş edə bilərsiniz.

QEYDİYYAT BURADA

Ünvan: Caspian Business Center