Rusiyada təhsil imkanı | Təhsil Elanları
Rusiyada təhsil imkanı
Bölmə:Xaricdə Təhsil 330 dəfə oxunub
12.07.2020

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.

Bakalavriat səviyyəsi üzrə elan edilən təhsil proqramı çərçivəsində tədris rus dilindədir. Təhsil müddəti isə 4 il nəzərdə tutulub.

Namizədlər üçün son müraciət tarixi 16 iyul 2020-ci ildir.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan sənədlərin surətlərini info@dim.gov.az  elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.