“Professional Marketing Vol 1” təlim proqramına start verilir. | Təhsil Elanları
“Professional Marketing Vol 1” təlim proqramına start verilir.
Bölmə:Kurslar 363 dəfə oxunub
03.07.2020

"Hoffman Co yeni Praktiki “Professional Marketing Vol 1” təlim proqramına start verir.

Təlim Marketinq sahəsi üzrə ixtisaslaşmaq istəyənlər, bu sahədə çalışan və maraq göstərən şəxslər üçün nəzərdə tutulub.

• Təsnifat: Təlimlər həftədə 2 dəfə 3 saat olmaqla keçiriləcək.
• Təlim keçiriləcəyi məkan: Caspian Business Center
• Daha real Case study, quizlər, video və praktikalardan istifadə olunacaq.
• Program çərçivəsində real iş prosesində “Marketing strategiyaları” istifadə olunacaq.
• Şirkətlərdə baş verən problemlər və marketing yolu ilə həlli yolları real hadisələr üzrə izzah ediləcək.
• Təlimin son günündə iştirakçıların nə dərəcədə hazır olmaları yoxlanılacaq.
• Təlim Proqramı 10 Modul 10 Təlimdən ibarətdir
• Proqramın son günü möhtəşəm Sertifikat mərasimi keçiriləcək və Diplomlar təqdim olunacaq.

İnstructor: Elçin Gülməmmədov

Elçin Gülməmmədov, Marketinq sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, bu müddətin yalnız 8 ilini öz dinamikliyi ilə seçilən telekommunikasiya sahəsində çalışmışdır. 2018-ci ildən Nar şirkətində Müştəri Dəyərinin İdarəedilməsi və Biznesin Təhlili Departamentinə rəhbərlik edən Elçin Gülməmmədov, bundan əvvəl də Havas Worldwide, Azercell kimi iri şirkətlərdə rəhbər vəzifələrdə işləmişdir. 2007-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Menecment sahəsində bakalavr dərəcəsi almışdır. 2010-cu ildə Buxarest İqtisadi Elmlər Akademiyasında iqtisadiyyat və biznes təhlili üzrə təhsilini uğurla başa vurmuşdur. Telca və Media biznesinin marketinqdə müxtəlifliyi haqqında təcrübəsi olan təlimçi, yeni biznes imkanlarının dəyərləndirilməsi və inkişafı üzrə mütəxəssisləşmiş, SAS, STATA 14, SPSS Modeller, SPSS Statistics, SQL Server proqramlarını dərindən mənimsəmişdir.

“Professional Marketing Vol 1” mövzular:

Modul 1: MARKETİNQİN ƏSASLARI
 Marketingin biznesdə rolu
 Marketingdə məhsulun dəyərlər anlayışı
 Praktiki Case Study: İçməli su ""Svalbardi""

Modul 2: STRATEJI MARKETINQ: BLUE OCEAN
 Strateji Planlama
 Marketinq Planlaması
 Praktiki Case Study: Tesla Motors & Pabbler & Airpods

Modul 3: BAZAR ARAŞDIRMA METODLARI: CATI/F2F
 Kəmiyyət Sorğuları
 Keyfiyyət Sorğuları
 Praktiki Case Study: Mobil Telekom Bazarı

Modul 4: BAZARIN ÖLÇÜLMƏSİ: TOP-DOWN/BOTTOMS-UP
 Metodlar
 Bazar analizi üçün BSG, GE modelləri
 Praktiki Case Study: Victoria Secret

Modul 5: BAZARIN SEQMENTLƏŞDİRİLMƏSİ: DAVRANIŞ/DƏYƏR
 Bazar/Müştəri seqmentasiyası
 Marketinq`də modern texnikalar
 Praktiki Case Study: Subaru

Modul 6: MƏHSULUN HAZIRLANMASI
 Məhsulun həyat dövrü
 Umbrella branding, Co-Branding, Multiple Branding
 Praktiki Case Study: Məhsul hazırlanması grup işi

Modul 7: QİYMƏTLƏNDİRMƏ STRATEGİYASI: 80/20 PRİNSİPİ
 Istehlakçı dəyəri əsasında qiymət qoyma
 Xərclər əsasında qiymət qoyma
 Praktiki Case Study: Coca Cola

Modul 8: STRATEJİ KOMMUNİKASİYA: ŞƏKİL/MESAJ MATRİSİ
 Promo üçün büdcənin hazırlanması
 Brand position. B2B və B2C brand kommunikasiya
 Praktiki Case Study: Chick-fil-A Reklam Kampaniyası

Modul 9: MƏHSULUN BAZARA PAYLANILMASI
 Mümkün kanalların seçilməsi prosesi
 Kanallar ilə düzgün kommunikasiya
Praktiki Case Study: Airbnb

Modul 10: BAZARA DAXİL OLMA STRATEGİYALARI
 Müştəri Qazanma Strategiyaları
 Marketinqdə ANSOFF və MİNTZBERG modeli
 Praktiki Case Study: Lamoiyan

Modul 11: Digital Marketing
 Digital üzərindən tətbiqlər
 Minimal xərclər ilə yüksək nəticələr əldə olunması
 Yeni trendlərin praktiki tətbiqi

Proqramın başlama tarixi: 28 İyul 2020 tarixindən etibarən

Hoffman Co - “Professional Marketing Vol 1” daxildir:

10 dərs 35 saatlıq İntensiv təlim proqramı
Coffee Break
Təlim Materialları, resurslar
Rəsmilər ilə Şam yeməyi / Networking Event
100% Praktiki

Hər şey daxil “Professional Marketing Vol 1” ödənişi sadəcə 170 Azn təşkil edir. Tələbər üçün isə 135 Azn təşil edir.

Qeyd: Ilkin 40 Azn ödəniş edib, qeydiyyatdan keçə bilərsiniz. QEYDİYYAT