Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsinə dair yeni sənəd qəbulu başlayıb | Təhsil Elanları
Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsinə dair yeni sənəd qəbulu başlayıb
Bölmə:Xaricdə Təhsil 628 dəfə oxunub
03.07.2020

“2019-2023 Dövlət Proqramı”nın İdarəetmə Qrupu xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün yeni sənəd qəbulunu elan edir. Prioritet elm sahələrinə uyğun dünyanın qabaqcıl ali təhsil müəssisələrində doktorantura təhsilinə başlamağı planlayan və ya hazırda təhsil alan gənc namizədlər sənəd qəbulunda iştirak edə bilərlər.

Əlavə məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər dpinfo@edu.gov.az ünvanına e-poçt vasitəsilə müraciət edə bilərlər.

Müraciətlər üçün son tarix 02.08.2020 olaraq müəyyən edilib.