UNEC 2020/2021-ci tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulu elan edir | Təhsil Elanları
UNEC 2020/2021-ci tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulu elan edir
Bölmə:Elanlar 348 dəfə oxunub
03.07.2020

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)

2020/2021-ci ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti 2020-ci ilin sentyabr ayının 1-ə dək uzadılmışdır.

  • 050401 Dünya iqtisadiyyatı
  • 050403 Maliyyə
  • 050404 İqtisadiyyat
  • 050402 Mühasibat uçotu və aııdit
  • 050406 Statistika
  • 050407 Menecment
  • 050410 Dövlət və bələdiyyə idarəetməsi
  • 050655 İnformasiya texnologiyaları
  • 050656 Sistem mühəndisliyi
  • 050409 Biznesin idarə edilməsi
  • 050405 Sənayenin təşkili və idarə olunması
  • 050408 Marketinq
  • 050510 Ekologiya
  • 050411 Kommersiya
  • 050644 İstehlak mallarının ekspertizası və marketinqi
  • 050642 Qida məhsulları mühəndisliyi
  • 050321 Dizayn
  • 050643 Çoxişlənən malların   texnologiyası mühəndisliyi
  • 050625 Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  • 050647 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

 

UNEC-in Zaqatala filialı üzrə

  • 050403 Maliyyə
  • 050404 İqtisadiyyat
  • 050402 Mühasibat uçotu və aııdit
  • 050407 Menecment
  • 050655 İnformasiya texnologiyaları
  • 050409 Biznesin idarə edilməsi
  • 050408 Marketinq
  • 050810 Turizm və otelçilik

 

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada kabinet.unec.edu.az internet linki vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qunu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.

     Təkrar ali təhsil almaq isiəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma   əlavə ilə birlikdə);   
  • 3x4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

 
Ərizə forması

 
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518
Tel.: (012) 564 38 92
Mobil : (070) 578 08 59 (həmçinin WhatsApp ünvan)
Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/