Professional Barista Təlim Proqramı 2020 | Təhsil Elanları
Professional Barista Təlim Proqramı 2020
Bölmə:Kurslar 650 dəfə oxunub
30.06.2020

Hoffman Co "Professional Barista" Praktiki Təlim Proqramına qeydiyyat start verdi !

Əgər siz bu sahə üzrə ixtisaslaşıb, Barista olmaq istəyirsinizsə, yerli brend və xarici brend şəbəkələrdə çalışıb karyera qurmaq istəyirsinizsə "Hoffman Co Professional Barista" təlim proqramına müraciət edin.

"Hoffman Co Professional Barista" Təlim ilə:

Barista olacaqsınız.
Yerli və Xarici brendlərdə iş imkanı əldə edəcəksiniz.
Bu sahədə Coffee Shop idareetmə biliklərinə sahib olacaqsınız.
Beynəlxalq Sertifikasiya üçün müraciət edə biləcəksiniz.
Öz biznesinizi qura və inkişaf etdirə bilərsiniz.

Yerlərinizi rezerv etmək üçün qeydiyyat edin: QEYDİYYAT


"Hoffman Co Professional Barista" Praktiki Təlim Mövzuları:

Barista kimdir? İşin təsviri və peşənin tələb etdiyi avadanlığın istifadəsini öyrənmək.
Barista günə başlamaq və ön hazırlıq prosesi
Qəhvə bitkisi və onun xüsusiyyətləri
Arabica və Robusta növlərinin fərqləri və tətbiqi
Qəhvə üyütmə dərəcələri, dozaj, tamping standartları
Qəhvənin böyüdüyü bölgələr, xüsusiyyətləri, ümumi dad profilləri, Kopi Luwak qəhvələri nələrdir?
Qəhvə Maşınlarının iş prinsipləri, texniki qulluq və təmizlənməsi
Espresso tənliyi, Espresso maşınının iş prinsipi, təmizlənməsi
Espresso və onun törəmələri nələrdir?
Praktik iş (Espresso, Lungo, Dopio, Ristretto və digərləri
Tərkibində espresso olan içkilər hansılardır? tətbiq olunan iş (Latte, Americano, Machiato, Mocha, Hielo, Con-Panna və s.)
Cappuccino, Latte Art Uygulama
Filtr qəhvə, French press, Moka pot, 3rd Wave dəmləmə texnikası
Smoothie, Milkshake, Dondurulmuş soyuq içkilərin praktiki hazırlanması
30 + növ kokteyllərin hazırlanması praktiki işlər
Peşəkar, yarı avtomatik, həcmli, 2 qruplu espresso maşın tətbiqi
Kommunikasiya bacarıqlarının inkişafı
Servis xidmətinin qurulması
Problemlərin həlli metodları
Coffee Shop idarə olunması teknikləri

"Hoffman Co Professional Barista" Praktiki Təlimə daxildir:

Barista Təlimi 2 ay davam edir. Həftədə 2 dəfə Praktiki və 1 dəfə Nəzərriyə təlimi keçirilir.
Təlimlər Xaricdə təcrübə qazanmış tam Professional Barista heyəti tərəfindən keçirilir.
Praktiki Barista Təlimi saat 18:00-dan sonra keçirilir.
Təlimlər zamanı iştirakçılar tam Professional avadanlıqlardan istifadə etməklə öyrənirlər. ( Slayer Steam EP, 2 gr )
İştirakçılar Yerli və Xarici brendlərdə iş imkanı əldə edəcəksiniz.
Bütün iştirakçılara iştirak sertifikatı veriləcək və təlim başa çatdıqdan sonra çatdırılacaq.

"Hoffman Co Professional Barista" Praktiki Təlim proqramının 1 aylıq ödənişi sadəcə 220 Azn təşkil edir. İştirak üçün sadəcə 30 Azn yerinizi saxlaya bilərsiniz. Yerlər sayılıdır.

Yerlərinizi rezerv etmək üçün qeydiyyat edin: QEYDİYYAT