Şagirdlər üçün ödənişsiz vebinar keçiriləcək | Təhsil Elanları
Şagirdlər üçün ödənişsiz vebinar keçiriləcək
Bölmə:Elanlar 201 dəfə oxunub
29.06.2020

Virtual Məktəbdə şagirdlər üçün STEAM təhsili üzrə vebinarlar davam edir. Bu həftənin mövzusu "Minecraft ilə Öyrən"dir. Vebinar ərzində "Minecraft" təhsil platformasının lisenziyalarının şagirdlərə verilməsi prosesindən söhbət açılacaq.
"Minecraft" təhsil platforması şagirdlərdə hansı bacarıqları formalaşdırır?
- Bloklar və digər alətlərdən istifadə edərək öz dünyalarını inşa etmək imkanı yaradır.
- Şagirdlər öz sinif yoldaşlarıyla birgə öyrənə və yaratdıqları portfolioları nümayiş etdirə bilərlər.
- Özündə tarixi yerləri cəmləməsi şagirdləri öyrənməyə təşviq edir.
Keçid linkinə daxil olaraq 1 iyul saat 17:00-da canlı şəkildə izləyə bilərsiniz:
Link: https://teams.microsoft.com/…/19%3ameeting_ODQyZTM0NDEtM…/0…