Tələbələr və məzunlar üçün virtual təcrübə proqramında iştirak imkanı var | Təhsil Elanları
Tələbələr və məzunlar üçün virtual təcrübə proqramında iştirak imkanı var
Bölmə:Kurslar 342 dəfə oxunub
28.06.2020

InsideSherpa- Tələbələrə, məzunlara virtual təcrübə proqramlarında iştirak etmək imkanı yaradır, proqramın özəlliyi isə dünyanın top şirkətləri və təşkilatlarında virtual olaraq iştirak edib, məzunlarının, işçilərinin gördüyü işləri məhz sizin də görməyiniz olacaq.
Proqramda iştirak edən şirkətlərə - KPMG,Microsoft,BCG Consulting, JPMorgan Chase &Co, CITI və s daxildir (təbii ki başqaları da var)
Əksər maraq dairələrinə uygun internship tapmaq imkanınız var: consulting, technology,law,engineering və s.
Digər platformalardan fərqli olaraq “fee” tələb olunmur, sadəcə platformada qeydiyyatdan keçib internship-e enroll olursunuz. Təcrübə proqramının bütün modullarını bitirərək CV-nizdə buna yer verə bilərsiniz, hansı ki platformanın tələbə və məzunları ən çox həvəsləndirdiyi mərhələ də burasıdır

Gələk o möhtəşəm suala “Sertifikat da verilir?”, bəli qeyd olunub ki, bütün modullar bitdikdən sonra tamamlamağınızla bağlı sertifikat əldə edəcəksiniz, lakin qeyd edim ki, bu digər courselarda 4 həftəlik proqramı 2-3 günə bitirib almağa bənzəmir, verilən tasklar bəzən vaxt aparır çünki real taskların eynisini edirsiniz və bunlar real olanlarla müqayisə edilir. Sonunda isə əlbəttə ki, evinizdə oturaraq top şirkətlərin iş təcrübələrindən faydalanırsız, daha nə olsun?
Proqramla bağlı digər detalları platformanın FAQ bölməsindən əldə edə bilərsiniz

https://www.insidesherpa.com/faq

Maraqlı hesab etdinizsə və dostlarınızın xəbər tutmasını istəyirsinizsə, paylaşa bilərsiniz.