Magistraturaya ixtisas seçiminin tarixi açıqlandı - RƏSMİ | Təhsil Elanları
Magistraturaya ixtisas seçiminin tarixi açıqlandı - RƏSMİ
Bölmə:Magistratura 425 dəfə oxunub
01.06.2020

“İyunun 8-dən 18-dək magistraturaya ixtisas seçimi davam edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ixtisas seçimindən əvvəl müəyyən qabiliyyət tələb edən ixtisaslar üzrə cədvəllər dəqiqləşdirilir: 

“İyun ayının 5-dək “Magistr” jurnalı dərc olunacaq. Hər bir şəxs istədiyi ali məktəbi seçə biləcək”.

Sədr əlavə edib ki, onlar qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməli olacaq.