Magistratura imtahanları ilə bağlı YENİLİK | Təhsil Elanları
Magistratura imtahanları ilə bağlı YENİLİK
Bölmə:Magistratura 346 dəfə oxunub
01.06.2020

“Magistrantlar üçün müsahibə mərhələsi onlayn şəkildə baş tutacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, hazırda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının keçirilməsi üçün Mətbuat Şurasına müraciət edilib:

“Yazı müsabiqələrinin keçirilmə tarixləri barədə də dəqiq məlumat yoxdur. Çünki nə qədər insanın jurnalistika ixtisasına sənəd verəcəyi barədə qeydiyyat aparılmayıb. İddiaçıların sayına əsasən yazı müsabiqəsini keçirəcəyik”.