İngilis dilini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram | Təhsil Elanları
İngilis dilini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
Bölmə:Kurslar 607 dəfə oxunub
30.05.2020

İngilis dili öyrənməyin bir çox yolları vardır. Ən asan yolu hər hansı bir ingilis dili kursuna getməkdir, amma ola bilərki ingilis dili kurslari qiymetleri hamının büdcəsinə uyğun olmasın. Dil biliklərinizi inkişafı üçün bu mobil proqramlar sizə köməklik edəcək 

İngilis dilininin öyrənmək üçün 7 Pulsuz Mobil Proqram

1.Babbel (ilk dəfə pulsuz)- Yeni sözlər və qrammatika öyrənməyə imkan verir. Bu mobil yükləmədə siz,  dinləmə və danışma, oxuma və yazma, qrammatika və ya tələffüz üzrə çox ətraflı dərslər dinləyə bilərsiniz. Səyahət dialoqları ilə qarşıdakı səfər üçün uyğun ingilis dilində sözlər öyrənə bilərsiniz.

Yükləmək - Android üçün: klik edin  İOS üçün: klik edin

2.BBC Learning English (pulsuz)-  Yüksək standartlara malik olan bu sayt daha çox ingilis dili təcrübəsi daha yaxşı olanlar üçün şamil olunur. Bu Web sayt’da BBC-nin video və radio yayımlarında orta və qabaqcıl ingilis dili öyrənənlər üçün nəzərdə tutulub.

Yükləmək - Android üçün: klik edin  İOS üçün: klik edin

3.British Council (pulsuz)- Böyük Britaniya böyüklər üçün resurslar siyahısı daxil etməyinə baxmayaraq, Britaniya Şurası fərqli yaşda olan uşaqlar, yeniyetmələr və yetkinlər üçün öz saytında 3 fərqli bölməyə ayırıb. İnteraktiv dərslər, videolar və oyunlar mövcuddur. Dərslərin mobil versiyası yolda belə ingilis dili öyrənməyə imkan verir.

Yükləmək - Android üçün: klik edin İOS üçün: klik edin

4.Duolingo (pulsuz)- Duolingo interaktiv oyunlar vasitəsilə yeni söz və qrammatikanı öyrənilməsinə kömək edir. Asan istifadə olunan mobil programlar üzrə sınağa çəkir. Dərslər kateqoriya üzrə ayrılır. Duolingo həmçinin məqsədləri təyin etməyə və proqram istifadə edərkən tərəqqiyə üstünlük verir. 5 səviyyə və 5 kateqoriya üzrə demək oları bütün ingilis dili üzrə mövzuları əhatə edir. Söz bazası və Dinləmə üçün ideal demək olar.

Yükləmək - Android üçün: klik edin  İOS üçün: klik edin

5.FluentU (pulsuz versiya və ya 8$-18$ ayda, ildə 80$-180$)- Aktiv dinləməni aparmaq üçün fantastik yoldur.  FluentU bütün musiqi videoları, televiziya proqramları, xəbərlər, cizgi filmləri və daha çox kimi real dünya videoları ilə ingilis dili öyrənməkdən ibarətdir.

Yükləmək - Android üçün: klik edin İOS üçün: klik edin

6.English Central (15$-30+$)- English Central yalnız videolar vasitəsilə ingilis dili öyrətməyə yönəlmişdir. Hədəflərinizə və maraqlarınıza əsaslanaraq izləmək istədiyiniz videonu seçə bilərsiniz.

Yükləmək - Android üçün: klik edin İOS üçün: klik edin

7.Phrasemix (bəzi dərslər üçün pulsuz, ayda-12$-15$, ildə 132$)- Özləri tərəfindən yeni sözlər öyrənmək əvəzinə, phrasemix sizə bütün ingilis dilində ifadələri öyrədir.

Yükləmək - Android üçün: klik edin  İOS üçün: klik edin

 

Xarici dil öyrənmək istəyənlər üçün 6 faydalı online kurs