İmtahanlar barədə vətəndaşların sualları və cavablar | Təhsil Elanları
İmtahanlar barədə vətəndaşların sualları və cavablar
Bölmə:Tələbə qəbulu 464 dəfə oxunub
14.05.2020

İmtahansız qəbul olmaq istəyən kollec məzunları hal-hazırda qeydiyyatdan keçə bilər?
Subbakalavrların əri­zələrinin qəbulu iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq.
 
9 cu sinifdən kolleclərə sənəd qəbulu nə vaxt başlayacaq? Cari ilin məzunları və əvvəlki illərin məzunu üçün kolleclərə qeydiyyat yenidən olacaqmı
Xeyr, 9 illik bazada kolleclərə sənəd qəbulu başa çatıb.
 
Bu şagird 9cu sinifdə olanda məktəb tərəfindən şəxsi kabinet yaradılıb. Amma indi parol yadda deyil 11 ci sinif tələbəsidir . Kabinet yaratmaq istəyəndə deyir kabinet mövcuddur. Parolu unutmuşam funksiyasından istifadə etmək istəyəndə də deyir ki, kabinet tapılmadı. Bu necə olur belə?
Şagir yeni şəxsiyyət vəsiqəsi alıb. Xahiş edirəm köməklik göstərədiz əlaqə telefonları ında cavab vermir.
Mayın 18-dən etibarən elektron növbə əsasında DİM-in inzibati binalarında vətəndaşların qəbuluna başlanılacaq. Qeyd etdiyiniz abituriyent şəxsiyyət vəsiqəsini gətirməklə şəxsən DİM-ə gəlib parolunu əldə edə bilər. Kənar şəxslərə parol verilmir.
 
 
9 Cu sınıflere 1 ımtahan olacaq amma bılmırık texıre salınan hansı ımtahandır 1-cı yoxsa 2-cı? Yenı usaqlar qapalı ımtahana hazırlasınlar yoxsa nece?
IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır.
 
 
Əvvəlki ilin məzunları cari ilin məzunları kimi eyni proseduru etmirlər? Təlimatda yazılıb ki, qadın olmayan əvvəlki ilin məzunları SQK-ya müraciət etməlidir. Zəhmət olmasa, buna aydınlıq gətirin.
Ərizəsini özü təsdiq edə bilməyənlər, yəni bazada kifayət qədər məlumatı olmayanlar SQK-ya müraciət edir.
 
11-ci sinifler ne vaxt buraxilish imtahani verdi ki indi de qebul imtahanina girir? Indi 11-de oxuyanlar ne vaxt buraxilish imtahani verecek?
Buraxılış imtahanları iyun ayında keçiriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq.
 
 
Parolu yadindan çıxanlar nece bərpa etsin?
“Şəxsi kabinet” yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər http://ekabinet.dim.gov.az/ saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edib parolunu əldə edə bilərlər. Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə onlayn növbə əldə edib şəxsiyyət vəsiqəsini gətirməklə şəxsən DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolunu əldə edə bilərlər. Digər şəxslərə heç bir halda parol verilmir.
 
Abituriyentin elektron ərizəsində 5ci qrupu qeyd etməmişik,onu yenidən qeyd etmək olar?
Bəli.
 
Magistra secim ne vaxt baslanir?
İxtisaslaşma seçiminin vaxtı müəyyən olunan kimi məlumat veriləcək.
 
9 cu sinif birinci merhelenin hesablanma meyarı melumdurmu? Hesaplanmış netice ne vaxt bilinecek?
IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 ballıq şkalaya uyğunlaşdırılacaq. Həmin şagirdlər yaxın günlərdə saytımıza daxil olub öz nəticələri ilə tanış ola biləcəklər.
 
Buraxılış və qəbul imtahanları nə vaxtdır?
Buraxılış iyun, qəbul imtahanı isə iyul ayında keçiriləcək. Konkret tarixlər müəyyən olunan kimi məlumat veriləcək.
 
 
Martin 1-de olan imtahanin neticesinden narazi qalan 9-cu sinifler uzre 2-ci imtahanin sentyabrda bash tutacagi bildirildi.Bu ne derecede dogrudu?
Bəli, sentyabr ayında keçiriləcək.
 
Kolecin bu il məzunyam. Dunən 11 il tam orta təhsilən bilmədən V qurupa ali təhsilə sənəd qəbul verdim. Təzədən kolecin səndəinən V qurupa sənədə verə bilərəm?
Ərizənizi ləğv edib yenidən qeydiyyatdan keçə bilərsiniz. http://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov
 
Çıxarılan mövzuları haradan öyrənə bilərik?
Yaxın vaxtlarda saytımıza yerləşdiriləcək.
 
Rayon qeydiyyati olan ancaq bakida mektebde tehsil alan şagirdlər 11 ci sinif imtahanini harda verecek bakida?
Bəli.
 
9ların ikinci mərhələ imtahanı nə vaxt olacaq?
IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 ballıq şkalaya uyğunlaşdırılacaq. Həmin şagirdlər yaxın günlərdə saytımıza daxil olub öz nəticələri ilə tanış ola biləcəklər. Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər. Həmin şagirdlər üçün imtahan isə sentyabr ayında keçiriləcək.
 
Men evvelki illerin mezunuyam.Sualim belədirki men 1ci ixtisas qrupuna sened verecem.İmtahan bizdede bir defe olacaq yoxsa iki?
Bu haqda məlumat almaq üçün qəbul elanı ilə tanış olmaq lazımdır. http://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov
 
Yaxın tanış 11 ci sinifdə oxuyur onlar xarici dil kimi rus dili keçilir amma o ingilis dilində imtahan vermək istəyir ərizə qəbulu zamanı ingilis dilin seçə bilər ? Problem olmaz ?
Bəli, seçə bilər. Həmin şagird seçdiyi xarici dil fənnindən əlavə imtahan verəcək.
 
DIM 2014 mezunuyam 5 ci qrup ucun qeydiyyat ne zaman bawlayacaq?
Qeydiyyat başlayıb. http://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov
 
Eger 11ci sinif şagirdinin oxudugu mektebde xarici dil rus dilidirse hemin şagird buraxılış imtahanında xarici dil kimi ingilis dilinden imtahan vere biler?
Xeyr.