AMEA Naxçıvan bölməsinin sədri vəzifəsi Akademiyanın vitse-prezidentinə bərabər tutulacaq | Təhsil Elanları
AMEA Naxçıvan bölməsinin sədri vəzifəsi Akademiyanın vitse-prezidentinə bərabər tutulacaq
Bölmə:AMEA 335 dəfə oxunub
10.04.2020

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədrinin hüquqi statusu müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, Naxçıvan bölməsinin sədri, vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur.

Akademiyanın ümumi yığıncağında seçilmiş Naxçıvan bölməsinin sədrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin vəzifəyə təsdiq edir.