Dövlət qulluğuna qəbul olmağa hazırlaşan namizədlərin nəzərinə! | Təhsil Elanları
Dövlət qulluğuna qəbul olmağa hazırlaşan namizədlərin nəzərinə!
Bölmə:Dövlət qulluğu 674 dəfə oxunub
30.03.2020

otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları 2020-ci il iyul ayınadək ödənişsiz olacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

İmtahana buradan yazıla bilərsiniz.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

Video təlimat:

https://otk.az/?menu=telimat_video