Sənəd qəbulu təxirə salındı - DİM | Təhsil Elanları
Sənəd qəbulu təxirə salındı - DİM
Bölmə:Tələbə qəbulu 365 dəfə oxunub
26.03.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq DİM tərəfindən 2020‑ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb.

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Dövlət İmtahan Mərkəzi vətəndaşları Nazirlər Kabineti tərəfindən müəyyən edilən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırır.