Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı | Təhsil Elanları
Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı
Bölmə:Xaricdə Təhsil 509 dəfə oxunub
14.02.2020

Latviya Respublikası Hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və  doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.