Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı | Təhsil Elanları
Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı
Bölmə:Xaricdə Təhsil 473 dəfə oxunub
13.02.2020

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti iki ildir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə məlumat almaq mümkündür.

 

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

 

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

 

hsil viyyəsi: magistratura

dris dili: ingilis dili

İxtisaslar: qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi, bağçılıq mühəndisliyi, heyvan qidası və yem təhlükəsizliyi.

Universitetlər: Szent István University, Kaposvár University

Təhsil müddəti: 2 il

Maliyyələşmə: təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan

Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər.

Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

 

Son müraciət tarixi: 28.02.2020

Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.

 

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.