Komissiya bir qrup şagirdi buraxılış imtahanlarından azad edib - SİYAHI | Təhsil Elanları
Komissiya bir qrup şagirdi buraxılış imtahanlarından azad edib - SİYAHI
Bölmə:Xəbərlər 267 dəfə oxunub
03.02.2020

Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu günə qədər 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad olunub.

Qərarı Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar qəbul edib.

Siyahı ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.