"Fast food" restoran biznesi açmaq üçün bunları bilməlisiniz | Təhsil Elanları
"Fast food" restoran biznesi açmaq üçün bunları bilməlisiniz
Bölmə:Xəbərlər 2557 dəfə oxunub
31.01.2020

Olduğum sahə ilə əlaqədar olaraq davamlı yeni bizneslər, maraqlı ideyalar axtarışında oluram. Hər zaman diqqətimdə olan biznes ideyalar haqqında məlumatları bundan sonra mütəmadi olaraq kiçik yazılar formasında sizinlə paylaşacağam. Maraqlı olan şəxslər daha dərinləməsinə araşdıra bilər, biznes plan hazırlaya bilər və bəlkə də sərmayə ayıraraq bu biznesə yatırım edə bilərlər.
Bu yazı qətiyyən biznes plan, biznes plana dəstəkçi xarakter daşımır. Yazı sadecə fast food biznesi ilə bağlı müəyyən əsaslı fikirləri və qeydləri özündə birləşdirir.
 
FAST FOOD MƏHSULLARINA OLAN TƏLƏB
 
Son illərdə, xüsusi ilə də böyük şəhərlərdə görünən rəqabətin artması, nəqliyyatda yaşanan çətinliklər, zaman məhdudluğu kimi faktorlər insanların yemə-içmə vərdişlərində də diqqətə dəyər bir dəyişikliyə səbəb olub. Özəlliklə, iş vaxtları müddətində qısa zamanda aclıq hissini qarşılama ehtiyacı istehlakçıların “fast food” tərzi yerlərə istiqamətlənmələrini məcburi bir hala gətirmişdir. Təhsil səviyyəsindəki inkişaf, qadınların iş həyatında daha çox yer alması, gəlir artışı, bazarda məhsulların çeşidlənməsi və fərqliləşməsi, rəqabətin artmasıyla istehlakçıya istiqamətlənən fəaliyyətlərin çoxalması, ictimai sinif və statusun fərqlilik yaratdığı yaşam tərzi və zaman faktorunun gedərək artan önəmi, hazır qida istehlak vərdişlərinin də yayılmasına səbəb olub. Fast food yeməklərinə artan təlabatın ən başda gələn səbəblərindən biri də insanların yemək bişirmək istəməmələri, yemək bişirməyə vaxt ayırmamalarıdır ki, bu yaxın gələcəkdə daha da sürətlənəcək və inkişafda olan ölkələrdə fast food yeməklərinə olan təlabat daha da artacaqdır.
Fast food, tez hazırlanan yemək mənasına gəlməkdədir. İlk zamanlarda qərb ölkələrində daha çox istehlak edilən bu növ yeməklər, son 10-15 iləd ölkəmizdə də çoxlarının sevərək istehlak etdiyi qidaya çevrilib. Paytaxt və əsas şəhərlərdə bütün istiqamətlərdə fast food kafelər, restoranlar açılmaqdadır. Bakı, Gəncə, Sumqayıt, Lənkəran kimi şəhərlərdə demək olar ki, artıq küçələrdə asanlıqla fərqli ağız dadına uyğun fast food yeməklər tapmaq mümkündür. Bunun da səbəbi yuxarıda qeyd elədiyim kimi, insanların sürətli yaşamaq məcburiyyəti və zamanın önəminin gedərək daha da artmasıdır.
Bütün bunlardan əlavə insanların niyə fast food yeməklərinə bu qədər çox maraq göstərdiyini gəlin birlikdə analiz edək. İlk olaraq dünyada insanların ən çox hansı fast food məhsullarını istahlak etdiyinə baxaq.
 
Məhsullar
%
Qamburger
21,5
Pizza
22,8
Kartof cipsi
26,8
Ət məhsulları
22,2
Toyuq məhsulları
6,7

İnsanların fast food məhsullarını almaqlarındakı əsas təsir gücləri aşağıda göstərilmişdir.
 
Satın Alma Səbəbləri
 
%
Dostlar və qohum-əqraba
26
Uşaq və ailə
20
Mağazanın məhsullarının təqdimatı
14
Qablaşdırma və dizaynın təsiri
19
Reklamlar
21
 
İnsanlar daha çox dostları və ya qohumları ilə vaxt keçirmək üçün fast food restoranlarına getməkdədir.
İnsanların fast food məhsullarına niyə üstünlük vermələri aşağıdakı cədvəldə göstərilmişdir.
 
Üstünlük Vermə Səbəbləri
 
%
Zaman baxımından qənaət etmənizi təmin edir
9
Rahat tapmaq imkanı
14
Məhsulları bol çeşidlidir
12
Yemək baxımından rahatdır
13
Daha pratikdir
8
Qiymətləri daha uyğundur
11
Məhsulları ləzzətlidir
10
Məhsulları gigiyenikdir
3
Tələsən vaxtları böyük köməyi olur
5
Zibil problem yaratmaz
2
Doyurucudur
9
  Keyfiyyətli ərzaqlar istifadə olunur
4
 
Burda diqqət çəkici məqam, insanların fast food məhsullarını seçməsində rahat tapılması, bol çeşidli olması, yemək baxımından rahat olması və qiymətlərin daha uyğun olması kimi səbəblərin ön plana çıxmasıdır. Ləzzət faktörünə fast food sektöründə digər səbəblərə görə daha az önəm verilməktədir.
İnsanların fast food-un zərərli olub olmadığı ilə əlaqəli düşüncələri aşağıdaki cədvəldə görülməktədir.

%
Zərərli deyil
28
Bilmirəm
28
Zərərlidir
44

 
Burda diqqət çəkən məqam, insanların böyük bir qisminin fast food yeyəcəklərinin zərərli olduğunu bilməsinə baxmayaraq, fast food istehlakına davam etdiyi görülməkdədir.
 
Azərbaycanda ən çox yayılan fast food yeməkləri
Dönər
Lahmacun, pide
Pizza
Burger
Şaurma
 
FAST FOOD RESTORANI AÇMAQ
Qida sektorunda ən məşhur iş fikirlərindən biri də fast food restoranı açmaqdır. Yaxşı bir fast food restoranı üçün aşağıdakı mərhələləri izləməyimiz önəmlidir.
1. Yemək növünü müəyyənləşdirin. İlk öncə hansı yemək növü ilə sektora girəcəyimizi müəyyənləşdirməyimiz lazımdır. Bu, sizin nə qədər investisiyaya ehtiyacınız olacağını da göstərəcəkdir. Əsas olan istehsalkçının ağız dadını bilmək və o ağız dadına uyğun olan hər kəsin marağını cəlb edəcək və sektorda olmayan bir fast food ilə sektora giriş etmək lazımdır.
2. Öz restoranımızı açaq yoxsa franşiza alaq? Bu qərarı verərkən əlinizdə nə qədər investisiya olduğuna baxın. Müəyyən bir fast food markasından franşiza almaq, öz restoranınızı açmaqdan daha baha başa gələ bilər. Ancaq məşhur bir fast food markasından franşiza alsanız, gəliriniz də yüksək olacaqdır. Öz fast food restoranınızı açmanız daha az xərc aparsa da, markanın məşhurlaşmasını təmin etmək üçün illəriniz və kifayət qədər büdcəniz gedə bilər. Lakin əlinizdə çox maraqlı, həqiqətən də test etdiyiniz və istehlakçıların çox bəyəndiyi fast food reseptiniz var isə franşiza almaya bilərsiniz. Çünki franşiza aldığınız zaman, o markanın məhsullarından başqa heç bir məhsul sata bilməzsiniz. Belə olan təqdirdə öz markanızı yaradın və müəyyən uyğun yollarla öz markanızı tanıtdırmağa çalışın və siz dilerliklər verin.
3. Rəqiblərinizi və bazarı araşdırın. Fast food sahəsində rəqabət böyükdür. Bunun üçün geniş bir bazar araşdırması ilə rəqiblərinizin daha az olduğu sahələrə istiqamətlənə bilərsiniz.
4. Biznes plan hazırlayın. Bu işə girərkən düşündüyünüzdən əlavə xərclər və ya problemler çıxa bilər. Bütün bu riskləri azaltmaq üçün biznes planınızın olması önəmlidir. Biznes planda qısa və uzun müddətli planlarınız, hədəfləriniz, əlinizdə olan investisiya, fast food restoranınız yeri, potensial müştəriləriniz, potensial rəqibləriniz kimi faktorlar əks olunmalıdır. Eyni zamanda sizi rəqiblərinizdən fərqləndirəcək xüsusiyyətləri də biznes planda qeyd eləyin. Konseptin fərqliliyini və gələck potansial faktorlar da biznes planda öz əksini tapmalıdır.
5. Uyğun bir yer tapın. Restoranınızı açmadan əvvəl restoran yerinizə mütləq düzgün qərar verməlisiniz, çünki restoranınız olduğu yer, nə qədər müştəri olacağını da müəyyənləşdirəcəkdir. Restoranınızı nəqliyyatın və görünürlüyün az olduğu bir yerə açsanız, uğurlu olma ehtimalınız da aşağı olacaqdır. Fast food restoran sahibləri çoxluqla restoranlarını mərkəz yollara, insanların çox olduğu küçələrə və alışveriş mərkəzlərinə yaxın olan yerlərdə açırlar. Bunun əsas səbəbi, yol üstü yemək olduğu üçün həm “Give away” etmək imkanı həm də qısa zamanda müştəriləri yeməklə təmin edib yola salmaq imkanı yaranır. Universitetlər, bazarlar, məktəblər, metro və avtobus dayanacaqları, şəhər mərkəzləri, sıx küçələr, alış veriş kimi mərkəzlərdə yer seçimi edə bilərsiniz.
6. İnvestisiya tapın. Restoranını açmaq üçün nə qədər investisiyaya ehtiyacınız olduğunu müəyyənləşdirin və uğurlu bir konsepsiya üçün çalışın. Hər kəs kimi olmaq və az büdcə xərcləməkdənsə bu biznesə daxil olmasanız daha yaxşı olar. Sizi fərqləndirən güclər, konsepsiya və fərqli tərəfləriniz olmalıdır. Bunun üçün də biraz daha çox  vəsait ayıra bilərsiniz.
7. Avadanlıqları satın alın. Restoranınızda fast food məhsulları hazırlamaq üçün lazımi olan bütün avadanlıqları alın. Eyni zamanda restoranın dizaynı da çox önəmlidir. Fərqli şəkildə dizayn edilmiş məkan müştərilərin marağına səbəb ola bilər. Sarı və qırmızı rənglərdən istifadə edərək insanlarda aclıq hissini oyada bilərsiniz. Daxili dizaynda yaradıcı düşünmək mütləqdir. Son illərdə bütün fast food restoranlarının əsas taktikalarındandır. Yaradıcı rəsmlər, quruluş və yazılar. Bu insanları cəlb edir və insanlar özləri sizin restorandan foto paylaşırlar.
8. Fərqli konsept yaradın. Rəqiblərinizdən fərqli məhsullarla xidmət göstərməyiniz sizi daima bir addım irəlidə tutacaqdır. İnsanların fast food ilə əlaqəli ən böyük problemləri kökəldici və zərərli olmasıdır. Buna görə də sağlıqlı fast food məhsulları ilə bazara girə bilər və ya hazırlayacağınız pəhriz menyuları ilə müştərilərin diqqətini çəkə bilərsiniz. Eyni zamanda müəyyən bölgədə göstərəcəyiniz paket sərvis ilə satışlarınızı da artdıra bilərsiniz. Regionlarda bu menyuya o regiona xas əlavələr etməyiniz maraqlı ola bilər. Misal üçün Lənkaranda bir əlavə çeşid yaradıb “ləvəngi” də istifadə edə bilərsiniz.
9. İşçilər axtarın. Əgər restorantı özünüz idarə eləmək istəmirsinizsə, bu mövzuda təcrübəli və müvəffəqiyyətli birini işə götürün. İşçi seçimində diqqətli olmağa çalışın. Nəticə etibarilə işçiləriniz müştəri itirilməsində və ya müştəri qazanılmasında ən önəmli faktor olacaqdır. İlk gündən işçiləri təlimləndirin və onların sizi çox qazandırmasını təmin edin.
10. Müştərilərin fikirlərini öyrənməyə çalışın. Açılış etdikdən sonra müştərilərin fikirlərini öyrənə biləcəyiniz bir sistem yaradın. Restoranınıza gələn müştərilərin reaksiyalarını izləyin, onlarla danışın və fikirlərini yazaraq təklif qutularına atmalarını, Facebook mesaj qutusuna atmalarını xahiş edin.
11. Sistem yaradın. Daxili anbar, təchizat, mühasibə, CRM və sifarişlərə nəzarət etmək üçün sistem yaradın. Azərbaycanda Cubics, Logix və C1 kimi proqramlardan istifadə çoxdur. Bu sistemlər sayəsində siz bütün işlərinizi nəzarətdə saxlayacaqsınız.
11. Marketinq işləri. Kampaniyalar, endirimlər və xüsusi günlər edərək həm loyal müştərilər toplayın həm də reklamlar sayəsi ilə günü gündən restoranınızın tanınırlığını artırın.
12. Markalaşmağa çalışın. İlk öncə məhsullarınızın rəqiblərdən fərqlənməsi və müştərilər tərəfindən rəğbət görməsi önəmlidir. Bundan sonra adınızı markaya çevirərək böyümə yolunda addımlarınızı ata bilərsiniz. Marka ola bilmək üçün reklam və ya marketinq agentliklərlə işləməyiniz vacibdir. Çünki onlar siizn çox yaxşı konsepsiyanızı yaradacaq və bu konsepsiyanı müştəriyə çatdırmaq üçün əllərindən gələni edəcəklər.

FAST FOOD RESTORANI AÇMAQ XƏRCİ
 
Fast food restoranı açma xərci olduqca dəyişkəndir. Restoranınızın böyüklüyü, yeri, növü, dizaynı, çalışan işçi sayısı kimi faktorlər xərcə təsir göstərməkdədir. Bu işi görmək niyyətiniz varsa, bölgənizin ən işlək yerində yaxşı görünümə sahib və geniş bir məkan kirayəyə götürmək məcburiyyətindəsiniz. Bütün avadanlıqları ilə birlikdə sadə bir fast food məkan üçün  ən az 25-30 min manat pulu gözdən çıxarmanız lazımdır. Yaxşı dizayna və avadanlıqlara malik bir yer açmaq üçün isə 40-50 min manat arası bir investisiyaya ehtiyacınız olacaq. İşləriniz yaxşı gedərsə bir neçə ilə bu büdcəni geri qaytara bilrəsiniz. Hələ də məhsullarınız ləzzətli və insanların sevəcəyi tərzdə olarsa, o zaman müştəriləriniz heç bir zaman əksik olmayacaq.
 
DÜNYANIN ƏN BÖYÜK 10 FAST FOOD MARKASI
 
Ən geniş şəbəkəyə malik 10 fast food markası
Ədəd
Subway
42431
McDonald’s
37855
Starbucs
30000
KFC
20404
Burger King
16859
Pizza Hut
16796
Domino’s
15000
Dunkin’
11300
Baskin Robbin
7500
Hunt Brothers Pizza
7300
 
Digər 90 marka şəbəkənin məlumatını bu linkdən izləyə bilərsiniz: https://en.wikipedia.org/wiki/List_of_the_largest_fast_food_restaurant_chains 
 
FAST FOOD SEKTORUNA YATIRIM EDƏN ŞƏXSDƏ AXTARILAN XÜSUSİYYƏTLƏR AŞAĞIDAKI KİMİDİR.
 
Françayzinq sistemində şirkətlər investisiya yatırımı edən şəxslərə ilkin təlimlər, çalışanların təlimləri, yer seçimi, maliyyə və hüquqi konsaltinq xidmətləri, marketinq dəstəyi, markalaşmaq üçün stanartlar və s kimi dəstəklər göstərirlər.
İnvestorda isə aşağıdakı xüsusiyyətləri axtarırlar.
 
  • Restoran şəbəkəsi sektorunda təcrübənin olması,
  • Müəyyən yaş qrupu və təhsil səviyyəsində olması,
  • Biznesdə təcrübəsinin böyük olması,
  • Bundan öncəki uğurlu bizneslər,
  • Başqa sahələrlə maraqlanmaması,
  • İdarəetmə bacarığının olması,
  • Partnyorları ilə əlaqələrinin hansı mərhələdə olması və s.

FAST FOOD SEKTORUNDA XÜSUSİ STRATEJİ MARKETİNQ ADDIMLAR
 
Koleksiya hədiyyələr
Fast food şirkətləri ən çox uşaqların xoşuna gedəcək kolleksiyalar sayəsində böyük müştəri cəlb edə bilirlər. Uşaqların sevimlisi olan cizgi filmi və yaxud kino qəhrəmanları setləri hazırlayın. Bu müəyyən vaxtlarda müştərilər gəldiyi zaman (misal üçün saat 12:00-16:00 arasında) xüsusi seçilmiş menyu qarşılığında həmin uşağa kolleksiyanın bir hissəsini hədiyyə olaraq verin. Eyni müştərilərin böyük əksəriyyəti yenə sizə qayıdacaqdır. Çünki kolleksiyanı tamamlamaq istəyəcəklər.
Müştəri seqmentasiyası
Öz müştərinizi təyin edin və istər sosial mediada istərsədə birə bir marketinq alətlərində o seqment insanlara xitab edin.
Loyallıq proqramları
Kart proqramları tətbiq edin və hər alış veriş də kuponlar və yaxud xallar verə bilərsiniz. 10 gedişdən sonra 1 pulsuz müəyyən menyu hədiyyə verə bilərsiniz. Bu loyallıq proqramı daxilində müxtəlif başqa addımlar da ata bilərsiniz. Müəyyən əyləncələr təşkil edə bilər və loyal müştərilərinizi bu əyləncələrə, tədbirlərə dəvət edə bilərsiniz.
Korporativ sosial məsuliyyət layihələri
Bir fast food markası üçün hər hansısa sosial məsuliyyət layihələrində iştirakçı olmaq onun müştərilərinin markaya bağlılığını artıracaq. Lakin edilən sosial addımlardüzgün strategiya üzərinə qurulmalıdır.
Müxtəlif gün endirimləri
Həftənin və yaxud ayın müəyyən günlərində endirimlər edə bilərsiniz. Bu insanların sizin şəbəkələrə diqqətini maksimum artıracaqdır və daima onların ağlında qalacaqsını və həmin günü səbirsizliklə gözləyəcəklər.
Inluencer Marketing
Böyük auditoriyası olan şəxslər üçün xüsusi günlər təşkil edə bilərsiniz ki, onlar sizin məkanda “check in” etsin və yaxud fotolar videolar paylaşsınlar. Bu sizə böyük auditoriya qazandıracaqdır.
 
Müəllif: Cavid Abbasov