Rusiya 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir | Təhsil Elanları
Rusiya 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Bölmə:Xaricdə Təhsil Təqaüdlər 1183 dəfə oxunub
29.01.2020

Rusiya Federasiyası 2020-2021-ci tədris ili üzrə “Study in Russia” adlı təqaüd proqramı elan edir.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://edu.rs.gov.ru/ internet səhifəsində göstərilən qaydada həyata keçirilir.

Təqaüd proqramına müraciət etmək istəyən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

 

Rusiya Federasiyasının 2020-2021-ci tədris ili üzrə “Study in Russia” təqaüd proqramı

Ölkə: Rusiya Federasiyası

Tədris ili: 2020-2021

Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura (əlavə olaraq, 1 il dil hazırlığı)

Maliyyələşmə: Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, təhsil səviyyəsindən asılı olaraq 2000-8000 rubl arası aylıq təqaüd verilir

Yaş kriteriyası: Müraciət edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Kvota sayı: 210

Tədris dili: rus dili

Müraciət səhifəsi: https://edu.rs.gov.ru/

Ətraflı məlumat üçün: http://aze.rs.gov.ru/ru/news/61777

http://edu.rs.gov.ru/files/en/FutureinRussia.pdf

 

Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərilən qaydada həyata keçirilir.