Türkiyədə təqaüdlə təhsil imkanı | Təhsil Elanları
Türkiyədə təqaüdlə təhsil imkanı
Bölmə:Təqaüdlər 890 dəfə oxunub
22.01.2020

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub.

Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənəd qəbulunun son müraciət tarixi 20 fevraldır.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Ölkə: Türkiyə

Tədris ili: 2020-2021

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura (əlavə olaraq 1 il dil hazırlığı)

Maliyyələşmə:  təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, yataqxana, sığorta və yol xərclərini əhatə edir.

Aylıq təqaüd: bakalavriat - 700 TL, magistratura - 950 TL, doktorantura - 1400 TL

Tədris dili: Türk dili

Yaş kriteriyası: Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır.

Son müraciət tarixi: 20 fevral 2020-ci il

Müraciət səhifəsi və tələb olunan sənədlər:  https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply

Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərilən qaydada həyata keçirilir.