BAKI 2015 MƏRASİMLƏRİ üçün Könüllü ifaçılar axtarılır | Təhsil Elanları
BAKI 2015 MƏRASİMLƏRİ üçün Könüllü ifaçılar axtarılır
Bölmə:Elanlar 915 dəfə oxunub
26.11.2014

İlk dəfə keçirilən Avropa Oyunlarının Açılış və Bağlanış mərasimləri idmanın, ölkənin, insanların və Azərbaycan mədəniyyətinin möhtəşəm bayramı olacaq.

Açılış Mərasimi Cümə günü 2015-ci il iyun ayının 12-də və Bağlanış Mərasimi Bazar günü 2015-ci il iyun ayının 28-də keçiriləcək.
68 000 nəfər tamaşaçı tutumu olan Milli Stadion və Avropa və dünyanın milyonlarla televiziya tamaşaçısı qarşısında Azərbaycanı təmsil etmək üçün təxminən 6 000 enerjili Könüllü İfaçılar axtarılır.
Bu tədbir Azərbaycana tarixində ilk dəfə qismət olan tədbir və sizin Bakı şəhərində keçiriləcək ən böyük canlı yarışlarda iştirakınız üçün həyəcanverici imkandır.

Könüllü ifaçı olmaq üçün xüsusi bacarıqlar tələb olunmur, sadəcə yaşından və bacarıqlarından asılı olmayaraq ən enerjili və ən çalışqan oğlanlar və qızlar axtarılır. Yeganə tələblər sizin 2015-ci ilin mart ayının 1-də ən azı 18 yaşınız tamam olmalıdır və həmin tarixdən Mərasimlərə qədər məşqlərdə iştirak edə bilməlisiniz.

https://www.baku2015ceremonies.com/az/reg/register/