"Rəsmlərdə Nəsimi" - Rəsm müsabiqəsi | Təhsil Elanları
"Rəsmlərdə Nəsimi" - Rəsm müsabiqəsi
Bölmə:Elanlar 831 dəfə oxunub
20.12.2019

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olmuş Firuzə Süleymanovanın "Rəsmlərdə Nəsimi" - Rəsm müsabiqəsi, “Nəsimi ili” ilə əlaqədar olaraq, Azərbaycanın dahi şəxsiyyəti İmadəddin Nəsimi barəsində daha ətraflı məlumatın gənclər arasında təbliği və bununla yanaşı rəsm müsaqibəsinin həyata keçirilməsi ilə nəzərdə tutulur. Müsaqibənin həyata keçirilməsi ilə gənclər həm öz incəsənət bacarıqlarını göstərəcək, həm də mütəfəkkirimiz haqqında yeni biliklər əldə edəcəklər. Müsabiqə gənclərin öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Müsaqibənin digər məqsədi, İmadəddin Nəsiminin daha dəqiq təsviri və təbliği sahəsində iştirakçılar arasında rəqabətinin artırılmasıdır. Layihə çərçivəsində incəsənət sahəsinə maraqlı olan istedadlı 20 gənc seçilərək layihəyə iştirak etmə şansı əldə edəcəkdir. Eyni zamanda rəssamlığa həvəsi olan potensiallı gəncləri bir yerə toplayaraq, onların ideyaların həyata keçirilməsində onlara dəstək olmaq, özünü inkişaf etdirmələrində kömək olmaqdır. Bundan başqa, gənclərin layihədə aktiv və rəqabətli iştirakı üçün sonda kiçik mükafat nəzərdə tutulmuşdur. Əlavə olaraq sonda bütün iştirakçılara iştirak etdiklərinə dair və mükafat qazanan iştirakçılara isə fərqlənmə sertifikatları ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün 1 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

Qiymətləndirmə meyarları:
Üstünlük, öz duyğu və düşüncələri ilə işlənmiş əsərlərin müəllifi olan gənclərə veriləcəkdir.
Seçim zamanı həmçinin müəllifin yaş kateqoriyasına diqqət olunmaqla düzgün kompozisiya, rəng seçimi və ideyasıda nəzərə alınacaqdır.

Mükafatlandırma:
I, II, III - cü yerlər Rəssamlıq ləvazimatlarıyla təltif olunacaq.

Müraciət üçün son tarix: 22.12.2019
Seçilən iştirakçıların məlumatlandırılması: 23.12.2019

Layihənin başlama tarixi : 25.12.2019
Layihənin bitmə tarixi : 29.12.2019
Ünvan: Azərbaycan Memarlıq və İnşaat Universiteti - III Korpus

Seçilən iştirakçılara e-mail vasitəsi ilə ətraflı məlumat göndəriləcək.

Layihə rəhbəri: Firuzə Süleymanova
Əlaqə: Firuza.sva@mail.ru

Qeydiyyat BURADA