"İmtahanlara iştirak haqqı o qədər də yüksək deyil" - Məleykə Abbaszadə | Təhsil Elanları
"İmtahanlara iştirak haqqı o qədər də yüksək deyil" - Məleykə Abbaszadə
Bölmə:Xəbərlər 284 dəfə oxunub
18.12.2019

"Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul imtahanları üçün ikinci şansı istifadə etmək istəyənlər var və bunun üçün də abituriyent ödəniş etməlidir: "İmtahanları və nəticələri araşdırmaq, onu həyata keçirmək üçün çoxlu sayda işçi qüvvəsi və texniki qurğuya ehtiyac lazım olur. Bu baxımından imtahanların qiymətləri o qədər də yüksək deyil".

Məleykə Abbaszadə qeyd edibki, imtahanın qiyməti onun keçirilməsinə sərf olunan vəsaitdən aslıdır: "Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qəne etmədiyini deyir. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?!".