5 günlük dərs olan məktəblərdə tətil neçə gün olacaq? - Açıqlama | Təhsil Elanları
5 günlük dərs olan məktəblərdə tətil neçə gün olacaq? - Açıqlama
Bölmə:Xəbərlər 376 dəfə oxunub
12.12.2019

"Yeni ildə 5 günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik hələlik məsələ ilə qərar verməyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyi tərəfindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək".