Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb | Təhsil Elanları
Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb
Bölmə:Xəbərlər 328 dəfə oxunub
11.12.2019

Dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək.

Tehsil.im xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.