11-ci sinif şagirdlərinin nəzərinə! | Təhsil Elanları
11-ci sinif şagirdlərinin nəzərinə!
Bölmə:Tələbə qəbulu 820 dəfə oxunub
25.11.2014

XI sinif şagirdlərinin nəzərinə!

Tehsil.im TQDK-nın mətbuat xidmətinə istinadən məlumat verir ki, əvvəlcədən elan olunduğu kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik etmişdir. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaqdır. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaqdır.
TQDK həmçinin ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edəcək. Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi cari tədris ilində bitirən məzunların ali təhsil müəssisələrinin bir sıra ixtisasların, o cümlədən qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaqdır. Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il 1-ci sayında təqdim olunacaq.

Tehsil.im