"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır" | Təhsil Elanları
"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır"
Bölmə:Xəbərlər 287 dəfə oxunub
05.12.2019

Hazırda dövlət qulluğuna qəbul üçün edilən müraciətlər daha çox aşağı kateqoriyalı vəzifələr üzrədir, çünki orda iş stajı tələb olunmur.

Tehsil.im Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə deyib.

O bildirib ki, dövlət qulluğuna ilk dəfə qəbul üçün müraciət edənlər, əsasən heç vaxt işləməyən gənclər olurlar: "Ona görə də həmin imtahanlarda kütləvilik olur. Amma yuxarı vəzifələrə imtahanlarda ilkin tələb kimi iş stajı tələb olunduğundan müraciətlərin sayı azdır. Bir qurumda işləyən şəxslər daxili müsahibə elanı ilə vəzifələrini artıra bilirlər. Ona görə də onlar imtahan verməkdənsə, daxili müsahibəyə üstünlük verirlər. Hər hansı bir dövlət qurumunda işləyən də başqa quruma keçməkdə maraqlı olmur. Çünki onlar öz qurumlarında vəzifədə yüksəlmək istəyində olurlar".