SABİQ BAŞ NAZİRƏ YENİ VƏZİFƏ VERİLDİ! – Prorektor təyin edildi | Təhsil Elanları
SABİQ BAŞ NAZİRƏ YENİ VƏZİFƏ VERİLDİ! – Prorektor təyin edildi
Bölmə:Xəbərlər 264 dəfə oxunub
19.11.2019

Azərbaycanın keçmiş Baş Naziri Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.

“Report” xəbər verir ki, o, Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektor təyin edilib.

Əvvəllər bu vəzifədə professor Əfqan Abdullayev çalışıb.

Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunması barədə Modern.az saytına açıqlamasında bildirib ki,  adıçəkilən təhsil ocağı onun üçün doğmadır:

“Mənim ilk fəaliyyətim elə Azərbaycan Dillər Universitetindən başlayıb. Həmin universiteti də fərqlənmə ilə bitirmişəm. Ondan sonra 25 il orada çalışmışam. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdirinə kimi fəaliyyət göstərmişəm. Bu təhsil ocağı mənə çox doğma yerdir. Müəyyən vəzifələr içərisində pedaqoji sahənin mənim üçün çox önəmli yeri var”.