Kapital bazarları barədə məlumatlandırıcı seminar | Təhsil Elanları
Kapital bazarları barədə məlumatlandırıcı seminar
Bölmə:Təlimlər / Trainings 941 dəfə oxunub
18.11.2019

19 noyabr saat 12.00-da Maliyyə Bazarlarına Nəzarət Palatası və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Kapital bazarları barədə məlumatlandırıcı seminar keçiriləcək. Seminarda kapital bazarı alətləri və infrastrukturu, kapital bazarlarından maliyyələşmə, kapital bazarlarında investisiyalar mövzularında məlumat veriləcək.
Təlimçilər:
- Tural Eyvazlı – Maliyyə Bazarlarına Nəzarət Paatasının Kapital bazarına nəzarət idarəsinin aparıcı analitiki;
- Müseyib Mehdiyev - Bakı Fond Birjasında Biznes İnkişaf qrupunun aparıcı mütəxəsisi;
- Əli Hüseynli - Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası - Kapital bazarları üzrə mütəxəssis.
Məkan: UNEC, əsas tədris binası, Maliyyə Laboratoriyası, otaq 306
İştirakçı sayı 30 nəfərlə limitlidir.
Öncədən qeydiyyat tələb olunmur.